Mentalitet Kainatı
Bu lentdə hamı anonimdir. Amma hər hadisənin öz qəhrəmanı var. Bizi biz edən o unudulmaz simalar.

Xala Radar
qohum
Hər şeyi görür, heç nəyi unutmaz. Qonşunun qızını səndən yaxşı tanıyır.
"Kimdi o yazan?"

Usta Gəlir
usta
Hər dərdə dərmandır, amma həmişə gecikir. Bir günə qurtaracaq deyib, bir ay çəkər.
"Baxarıq, qardaş, həll eləyərik."

Çay Qoy
cay
Mentalitetin mühərriki. Çaysız heç bir məsələ həll olunmaz.
"Get bir dənə çay süz, gəl."
Və Digərləri

Toy Konverti
toy
Bütün münasibətlərin təməl daşı. İçindəki məbləğ sirr kimi qorunur.
"Nə qədər salaq?"

El-Aləm Gözü
gossip
Daim baxır, daim mühakimə edir. Ondan heç nə gizlətmək olmaz.
"El-aləm nə deyər?!"

Baxarıq Ghost
baxariq
Görünməz adam. Vəd verib yoxa çıxmaq onun peşəsidir.
"Mən sənə yığacam."

Ayıbdı Siren
ayibdi
Mentalitetin sərhəd qoruyucusu. Qırmızı xətt keçildikdə dərhal işə düşür.
"Ayıbdır e, böyük-kiçik var!"

Məmuroğlu
dayi
Hər yerdə adamı var. Bircə zənglə bütün problemləri 'həll edir'.
"Narahat olma, dayıoğlu ordadır."

Taksi Qardaş
taksi
Şəhərin sirlərini və siyasəti ancaq o bilir. Pəncərəni açır, əla hava vurur.
"Qardaş, 1 manat üstündə var?"

Makler Dayı
kiraye
'Ev ancaq ailəliyə verilir' fəlsəfəsinin banisi.
"Özüm üçün saxlamışdım o evi."

Salon Qızı
salon
Şəhərin əsas məlumat mərkəzi. Saçından çox psixologiyanı düzəldir.
"Uclarından bir az götürüm?"

Marşrut Şoferi
marsrut
Fizika qanunlarına zidd olaraq arxada həmişə yer var.
"Düşən yoxdursa, saxlamıram!"

Qürurlu Xala
universitet
Övladının neçə bal topladığını gözə soxmaq üzrə mütəxəssis.
"Bizimki də 600 bal yığdı."

Elçi Xala
elci
Əlindəki çay tepsisi ilə taleləri həll edir.
"Oğlumuz nəçi işləyir?"

Kredit Kartı
borc
Ay sonu gəlmədən bitən maaşın rəmzi.
"Bunu da 12 aylıq yaz."

Çayxana Dayı
cayxana
Nərdtaxta başında dünya iqtisadiyyatını həll edən mütəxəssis.
"Şeş-qoşa, oyunu yığ."