moderasiya
Mentalitet Qaydaları
Camaatın lenti zibillik deyil. Yazmazdan əvvəl oxu.
1. PII Qadağandır
Real ad, soyad, telefon nömrəsi, e-mail ünvanı, ev ünvanı və ya spesifik şirkət adları yazmaq qəti qadağandır. Məqsəd kimisə ifşa etmək deyil, vəziyyəti ələ salmaqdır. PII ehtiva edən postlar avtomatik silinir və ya admin tərəfindən redaktə olunur.
2. Adamı yox, hadisəni danış
Şəxsi qisas zonası deyilik. "Əhməd mənə 5 manat borcludur" yox, "Qohum toyda 50 yazdırıb, indi öz toyuna 200 gözləyir" stilində ümumiləşdirilmiş hadisələr yazın. Bu, cəmiyyətimizin ortaq satirik güzgüsüdür.
3. Söyüşü az elə, punchline-ı çox
Hər sözün arasına söyüş qatmaq gülməli deyil, tənbəllikdir. Ən güclü sətiraltı mesajlar heç bir söyüş olmadan verilən mesajlardır. Sərt tənqid olar, amma küçə söyüşü yox.
4. Moderasiya
Göndərilən hər bir post dərhal feed-ə düşmür. Bütün postlar Mentalitet Gömrüyündən (moderasiya) keçir. Qaydalara uyğun olanlar anonim şəkildə yayımlanır.